AZ

Dövlət klinikasında dəhşətli GÖRÜNTÜLƏR – Siçovul dolu palatalar – VİDEO

Hindistanın Uttar Pradeş ştatının Qonda şəhərində yerləşən dövlət tibb kollecinin klinikasında siçovulların sərbəst hərəkət etdiyi anlar videoya çəkilib.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə gəmiricilərin xəstəxana palatasında və tibb müəssisəsinin daxilində dolaşdığı görünür.

Hadisə ictimaiyyətdə ciddi narazılıq doğurub və tibb müəssisələrində sanitariya şəraiti ilə bağlı suallar yaradıb.

Qeyd olunur ki, video dövlətə məxsus tibb kollecinin klinikasında qeydə alınıb. Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparacağı gözlənilir.

Seçilən
151
nocomment.az

1Mənbələr