AZ

BDU-da 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub - FOTOLAR

Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə universitet kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub. Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. BDU-nun rektoru Elçin Babayev 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində taleyüklü dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu faciə milli iradənin formalaşmasına və müstəqilliyimizin bərpasına güclü təkan verib. Rektor vurğulayıb ki, həmin hadisələrdə BDU-nun tələbə və məzunları da fəal iştirak edərək şəhidlik zirvəsinə ucalıblar.

Tədbirdə çıxış edən rəsmi şəxslər 20 Yanvar faciəsinə verilən siyasi-hüquqi qiymətin əhəmiyyətini xüsusi qeyd ediblər. Anım mərasimi BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqramla başa çatıb.

Seçilən
104
qht.az

1Mənbələr