AZ

76 yaşında dünyasını dəyişdi

Rokko Kommisso vəfat edib.

"Football-plus.az" xəbər verir ki, “Fiorentina”nın prezidenti yanvarın 16-da uzun sürən müalicədən sonra 76 yaşında dünyasını dəyişib. Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

Kommisso “Fiorentina”nı 2019-cu ilin iyununda 150 milyon dollara satın almışdı. Komanda onun dövründə iki dəfə (2023, 2024) Konfrans Liqasının, bir dəfə (2023) isə İtaliya çempionatının finalına çıxıb. Bundan sonra komandanın “Viola Park” məşq kompleksi Kommissonun adını daşıyacaq.

Seçilən
58
1
football-plus.az

2Mənbələr