AZ

İspaniyada faciə: ölənlərin sayı durmadan artır

EFE agentliyinin istintaq mənbələrinə istinadən verdiyi məlumata görə, yanvar 18-də İspaniyanın cənubunda yüksək sürətli qatarın toqquşması nəticəsində 39 nəfər ölüb, 73 nəfər yaralanıb.

Yerli təcili yardım xidmətləri bildirir ki, yaralılardan 24-ü ağır vəziyyətdədir. Onlardan dördü azyaşlıdır. Qatar qəzası Kordova əyalətində (Əndəlüs) baş verib. Malaqadan Madridə gedən qatar relsdən çıxaraq paytaxtdan Huelvaya gedən başqa bir qatarla toqquşub. İspaniyanın ABC qəzetinin məlumatına görə, Əndəlus səhiyyə naziri Antonio Sanz 20-dən çox insanın ölümünü təsdiqləyib, lakin xilasetmə əməliyyatları davam etdikcə ölənlərin sayının arta biləcəyini qeyd edib.

Ölkənin Müdafiə Nazirliyi xilasetmə işlərində iştirak etmək üçün hərbi təcili yardım xidmətini səfərbər edib. ABC-nin məlumatına görə, qatar qəzası İspaniyada 34 ildə yüksək sürətli qatar xəttində baş verən ilk qəza olub. Dövlətə məxsus Renfe dəmir yolu şirkətinin rəhbəri Alvaro Fernandes Heredia faciə yerinə çatdıqda qeyd edib ki, “baş verənlərin miqyasını anlamaq hələ də çətindir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
editor.az

1Mənbələr