Çinin şimalında yerləşən Tyanjin şəhərindən Bakıya ilk Transxəzər yük qatarı bu gün yola düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.
“China Railway Beijing Group”a məxsus qatar Qazaxıstan ərazisindən keçərək daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılacaq. Qatar paslanmayan polad borular, məişət texnikası və digər yüklər daşıyır.
“Tyanjinlə Azərbaycanı, Qazaxıstanı və regionun digər ölkələrini birləşdirən bu yeni marşrut sabit və səmərəli nəqliyyat dəhlizi yaradır”, — deyə Tyanjin Konteyner Mərkəzinin nümayəndəsi Yan Tsyunyun bildirib.
Marşrutun ümumi uzunluğu təxminən 7 min kilometr təşkil edir. Səfər müddəti isə orta hesabla 20 gün çəkir ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə 10 gün daha sürətlidir.