AZ

İranı hədələyib, Qəzza ilə bağlı xəbərdarlıq etdi

İsrailin Baş naziri Benyamin Netanyahu İranı təhdid edib. 

"Unikal" xəbər verir ki, Netanyahu İrana xəbərdarlıq edərək deyib: 

"Əgər İran səhv edib bizə hücum edərsə, biz İrana əvvəllər heç vaxt rast gəlmədiyi bir güclə zərbə endirəcəyik".

Baş nazir Qəzza ilə də bağlı açıqlama verib. O bildirib ki, Qəzzada nə türk, nə də qətərli əsgərlər olacaq.

"Qəzzada prosesə nəzarət edəcək məsləhət şurası ilə bağlı amerikalılarla fikir ayrılıqlarımız var", - deyə Netanyahu qeyd edib. 

Seçilən
57
4
unikal.az

5Mənbələr