AZ

Ərdoğan: Suriya suriyalılara məxsusdur – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyü və milli birliyinin qorunmasının regionun sabitliyi üçün vacib olduğunu bildirib.

“Biz hesab edirik ki, ərazi bütövlüyünü qoruyan vahid Suriya bütün regionumuzun rifahı üçün zəruridir. Unutmayın, Suriya suriyalılara məxsusdur; o, kimliyindən asılı olmayaraq hamıya aiddir — istər ərəb, istər türkmən, istər kürd, istər ələvi, istər sünni, istərsə də druz olsun”, – deyə Ərdoğan vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə lideri həmçinin dövlət birliyinin möhkəmləndirilməsinin əhəmiyyətinə diqqət çəkib:

“‘Bir dövlət — bir ordu’ prinsipi ölkənin sabitliyi üçün vacib şərtdir. Türkiyə bu prinsipin bərqərar olunması və möhkəmləndirilməsinə yönəlmiş hər bir addımı tam dəstəkləyir.”

Seçilən
135
nocomment.az

1Mənbələr