AZ

SON DƏQİQƏ! Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun sosial şəbəkələrdəki qalmaqallı görüntüləri hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Habil Eyvazov barəsində araşdırma başladılıb. Belə ki, Habil Eyvazov bu gün Füzuli rayon polis şöbəsinə çağırılıb. Onun barəsində müvafiq izahat alınıb və hazırda əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar davam etdirilir.Qeyd edək ki, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
3
demokrat.az

4Mənbələr