Həbib Nurməhəmmədov Merab Dvalişviliyə uduzmasının əmisi oğlu Ömər Nurməhəmmədova necə təsir etməsindən danışıb.
Publika.az xəbər verir ki, yanvarın 24-dən 25-nə keçən gecə Umar ABŞ-ın Las-Veqas şəhərində UFC 324 turnirində Deyveson Fiqredo ilə döyüşəcək. “Zaman göstərdi ki, Ömər ilk məğlubiyyətindən sonra yaxşılığa doğru dəyişib: o, daha həvəsli, daha ac və atəşlidir.
Görürəm ki, onun içində bu atəş var, baxmayaraq ki, onun sönməsi ilə bağlı narahatlıqlar var idi. Və MMA-da bu atəşə sahib olmaq, yanmaq və onunla yaşamaq istəmək çox vacibdir.
Düşünürəm ki, yanvarda azarkeşlər bir daha görəcək və əmin olacaqlar ki, o, hazırda dünyada bu çəki dərəcəsinin zirvəsidir”, – Nurməhəmmədov “UDAR”a müsahibəsində deyib.