AZ

Netanyahu Qəzza sektorunda Türkiyə və Qətər hərbçilərinin yerləşdirilməsini istisnaETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə və Qətər hərbçilərinin Qəzza sektorunda yerləşdirilməyəcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı İsrail parlamentində – Knessetdə çıxışı zamanı qeyd edib.

“Qəzza sektorunda nə Türkiyə, nə də Qətər əsgərləri olmayacaq. Biz Qəzza sektorunun idarə olunması üçün yaradılması nəzərdə tutulan şuranın tərkibi ilə bağlı ABŞ-dakı tərəfdaşlarımızla müzakirələr aparırıq”, – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ prezidenti Donald Trampın sülh planının ikinci mərhələsinin astanasındadırlar: “Bu isə bir şeyi göstərir: HƏMAS silahsızlaşdırılacaq, Qəzza isə demilitarizasiya ediləcək”. Baş nazirin fikirlərini Ynet portalı yayıb.

Yanvarın 17-də İsrail baş nazirinin ofisi Qəzzanın idarə olunması üçün nəzərdə tutulan şuranın tərkibinin İsraillə razılaşdırılmadığını və bunun ölkənin siyasətinə zidd olduğunu bəyan edib. Həmin vaxt bildirilib ki, Netanyahu İsrailin xarici işlər naziri Gideon Saar-a bu məsələ ilə bağlı ABŞ dövlət katibi Marko Rubioya müraciət etməyi tapşırıb.

Xədicə BAXIŞLI

Seçilən
125
2
redaktor.az

3Mənbələr