AZ

Mağaza sahibindən Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsinin davranışına REAKSİYAVİDEO

Öncə  satıcıya nələrsə deyir... Hətta onun ticarətdəki qanun pozuntusundan, səhvlərindən bəhs edir... Daha sonra isə özü satıcıya qarşı kobudluq nümayiş etdirir. Satılan malları müsadirə edir, nəticədə malların mağazaya aparılmasına icazə verilmir. Hətta meyvə dolu yeşikləri maşınlara yüklədir...

Xezerxeber.az xəbər verir ki, görüntülər Sumqyıtda Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilib. Elə biz də həmin görüntünün ardından üz tutduq hadisənin baş verdiyi mağazaya...

Mağaza sahibi Nəbi Məmmədov ilə həmsöhbət olduq.

İllərdir bu mağazada eyni şəkildə satışla məşğul olduğunu deyən sahibkar ona bu günə  qədər hər hansı bir xəbərdarlıq olunmadığını bildirdi.

Nəbi Məmmədovun sözlərinə görə, icra hakimiyyətinin nümayəndəsi Samir Bədəlov daha sonra apardığı meyvələri qaytararaq sahibkara təhvil verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
78
xezerxeber.az

1Mənbələr