Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan“DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru SultanƏhməd bin Sulaim ilə görüşüb.
Trend xəbər verirki, görüşdə “DP World” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətiməmnunluqla qeyd edildi.
Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsindəyerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasirnəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilənlayihələrdən bəhs olundu. Bu xüsusda “DP World” şirkəti iləəməkdaşlığın genişləndirilməsinin potensialının olduğuvurğulandı.