AZ

Bakı-Quba yolunda ağır QƏZA

 

Bakı–Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə magistralın Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Volkswagen” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yolun dəmir ara kəsmələrinə çırpılıb. Qəza zamanı avtomobilə və ara kəsmələrə ciddi maddi ziyan dəyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
122
1
nocomment.az

2Mənbələr