GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əməkdar hərbi pilot, ehtiyatda olan general-mayor Vladimir Popov Ukrayna ordusunun hücum əməliyyatlarına hazırlaşması ehtimalı barədə paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, Poltava aerodromu uzun illərdir uzaqmənzilli və taktiki aviasiya üçün mühüm mərkəz hesab olunur.
“Poltava aerodromu həmişə güclü aviasiya bazası olub. Aviasiya mütəxəssisləri üçün nəzərdə tutulan təlim mərkəzlərini bir-üç günlüyünə belə sıradan çıxarmaq gələcək döyüş əməliyyatlarını asanlaşdıra bilər. Onlar faktiki olaraq əks-hücum üçün hazırlıq görürlər. Biz isə onların harada və necə hazırlaşdıqlarını izləyirik ki, qabaqlayıcı addımlar atılsın”, – deyə Popov bildirib.
Bununla yanaşı, bir neçə gün əvvəl Qərbin Ukraynaya hərbi yardımının əsas logistika mərkəzlərindən biri olan Polşanın Rzeszov şəhərində hərbi hava fəallığının əhəmiyyətli dərəcədə artdığı qeyd olunub. Popovun iddiasına görə, bu proseslər NATO tərəfindən hazırlanan gizli əməliyyat planları ilə əlaqəli ola bilər.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.