AZ

Bayramov Rubio ilə Zəngəzuru müzakirə etdi

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Bakupost.az xəbər verir ki, söhbət zamanı Azərbaycan–ABŞ ikitərəfli əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, eləcə də regiondakı vəziyyət və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub.

Danışıqda normallaşma prosesi çərçivəsində etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar və görülən tədbirlər qeyd edilib. Xüsusilə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
www.bakupost.az

1Mənbələr