AZ

Rəsmi Bakı Pakistana başsağlığı verdi

BAKI, 19 yanvar. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Teleqraf xəbər verir ki, başsağlığıda bildirilir: "Pakistanın Karaçi şəhərində yerləşən bir ticarət mərkəzində baş vermiş və günahsız insanların həyatını itirməsi və xəsarət alması ilə nəticələnmiş faciəvi yanğın hadisəsi bizi dərin kədərləndirir. Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və Pakistan Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyir, bu çətin dövrdə Pakistanla həmrəy olduğumuzu bildiririk".

Seçilən
84
1
teleqraf.com

2Mənbələr