AZ

BMT-də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb (FOTO)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatında (BMT) beynəlxalq sülh vətəhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin preventiv diplomatiyavə vasitəçilik mexanizmlərinin gücləndirilməsi ilə bağlıAzərbaycanın mövqeyi diqqətə çatdırılıb.

Trend AzərbaycanınBMT yanında daimi nümayəndəliyinin “X” hesabına istinadən xəbərverir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi,səfir Tofiq Musayev təşkilatın Baş Qərargahında “BMT Nizamnaməsi 80yaşında: Münaqişələrin qarşısının alınması və həllinin yenidəndüşünülməsi” mövzusunda keçirilən yüksək səviyyəli müzakirələrdəçıxışı zamanı bildirib.

Səfir çıxışında BMT-nin əsas məqsədinin beynəlxalq sülh vətəhlükəsizliyin qorunması olduğunu xatırladıb. O vurğulayıb ki, son80 il ərzində müəyyən nailiyyətlər əldə edilsə də, eyni zamandaciddi geriləmələr də müşahidə olunub.

Çıxışının sonunda Tofiq Musayev Azərbaycanın regionda və onunhüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyinmöhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davametdirəcəyini, beynəlxalq və regional tərəfdaşlıq və əməkdaşlığıdaha da genişləndirməkdə qərarlı olduğunu bəyan edib.

BMT-də
BMT-də
BMT-də
BMT-də
Seçilən
82
az.trend.az

1Mənbələr