AZ

Türkiyə Suriyada İŞİD yaraqlılarının azad edilməsi ilə bağlı iddiaları təkzib edir



Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi İŞİD yaraqlılarının Suriyada Türkiyənin dəstəyi ilə azad edilməsi barədə məlumatları təkzib edib.

Newscenter.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəzin açıqlamasında deyilir: "Suriya ordusunun Türkiyənin dəstəyi ilə Suriyadakı hadisələr zamanı İŞİD terrorçularını azad etməsi iddiası tamamilə əsassızdır. Hamı bilir ki, Türkiyə bölgədə İŞİD-ə qarşı ən şiddətli mübarizə aparan və bu terror təşkilatına ən güclü zərbəni vuran ölkədir".

Anar
Seçilən
53
newscenter.az

1Mənbələr