AZ

“Barselona” qapıçı transfer edəcək

“Barselona” heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu “Real Sosyedad”ın qapıçısı Aleks Remiro ilə maraqlanır.

30 yaşlı qolkiperin müqaviləsi 2027-ci ilə qədər qüvvədə olsa da, “Barselona” onu yayda 10 milyon avrodan aşağı məbləğə transfer edə bilər.

Remironun da bu keçidə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, “Barselona” hazırda La Liqada liderdir və “Real”ı 1 xal qabaqlayır.

 

Seçilən
98
idmanxeber.az

1Mənbələr