AZ

Nigeriyada dəhşət: Silahlılar kilsələrdən 160 nəfəri qaçırdı

Nigeriyada silahlılar kilsələrdən 160 nəfəri qaçırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nigeriyanın şimal bölgəsində silahlı yaraqlılar tərəfindən kütləvi insan oğurluğu törədilib.

Cinayətkarlar iki kilsəyə hücum təşkil ediblər. Basqın nəticəsində yaraqlılar 160 xristianı girov götürərək naməlum istiqamətə qaçırıblar. Girovların taleyi ilə bağlı hələlik heç bir məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr