AZ

Qoada rusiyalı turisti öldürən animator seriyalı MANYAK ÇIXDI – ŞOK TƏFƏRRÜAT – FOTO

Qoada rusiyalı turisti öldürən animator seriyalı manyak çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hindistanın Qoa ştatında 37 yaşlı rusiyalı turist Yelena vəhşicəsinə qətlə yetirilib. Qatilin 30 yaşlı 3D animator Aleksey Leonov olduğu üzə çıxıb.

KİV-in məlumatına görə, cinayət zamanı kişi güclü narkotik maddələrin təsiri altında olub və dəli kimi davranıb.

Hadisə axşam saatlarında baş verib. Leonov Yelenanın nömrəsinə gələrək onun Krımdakı sevgilisi ilə yazışdığını görüb. Bu, onda vəhşi qısqanclıq yaradıb və nəticədə qadını bıçaqlayaraq öldürüb. Qətldən dərhal sonra o, bəbir naxışlı (leopard) lasin geyinərək cəsədin yanına uzanıb.

Şahidlər həmin gün Leonovun qeyri-adekvat hərəkətlər etdiyini – gözlərini boyadığını, üzünə zər yapışdırdığını, uzun müddət bir nöqtəyə baxdığını və ətrafa demək olar ki, reaksiya vermədiyini bildiriblər.

Sonradan məlum olub ki, bu, manyak-animatorun yeganə qurbanı deyil. Məlumata görə, o, eyni vaxtda üç qadınla münasibətdə olub və onların hamısı həlak olub.

Belə ki, yanvarın əvvəlində o, 40 yaşlı hindistanlı qadına evlilik təklifi edib, lakin bir həftə birlikdə yaşadıqdan sonra qadın müəmmalı şəkildə narkotik maddənin artıq dozadan ölüb.

Bir neçə gün sonra o, Morjimdə daha bir 37 yaşlı rus qadını bıçaqlayıb, ardınca isə Arambola gedərək Yelenanı qətlə yetirib.

Hazırda Aleksey Leonov saxlanılıb. Polis onun digər mümkün cinayətlərdə iştirakını yoxlayır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
66
interpress.az

1Mənbələr