AZ

Sahil Babayevin ‘vurduğu’ Məmməd Musayevin bankının vəziyyəti açıqlandı

“Turan Bank” ASC 2025-cü ili 1,223 milyon manat mənfəətlə başa vurub.

NOCOMMENT.az xəbər verir ki, ötən il “Turan Bank”ın gəlirləri 126,657 milyon manat (əvvəlki ilə nisbətən 14,4 % çox), xərcləri 99,187 milyon manat (14,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 26,246 milyon manat (20,1 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Turan Bank”ın aktivləri 907,176 milyon manat olub ki, bu da illik müqayisədə 6,7 % çoxdur. Bunun 674,846 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3 % böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 7,3 % artaraq 80,369 milyon manat, o cümlədən depozit portfeli 1,5 % artaraq 468,532 milyon manat, balans kapitalı isə 2,8 % artaraq 104,806 milyon manat olub.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,006 milyon manatdır. Bankın səhmlərinin 42,9 %-i 8 hüquqi şəxsə, 57,1%-i isə 20 fiziki şəxsə məxsusdur.

Mətbuatdakı materiallarda Məmməd Musayevin “TuranBank ASC-nin əsl sahibi olduğu, oğlu Fuad Musayev vasitəsilə banka nəzarət etdiyi bildirilir. 

Xatırladaq ki, Məmməd Musayev Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti olmaqla yanaşı uzun illər “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri olub və əsas gəlirini məhz bu dövlət kapitalından əldə etdiyi bildirilir. 2025-ci ildə maliyyə naziri Sahil Babayev onu bu postdan uzaqlaşdırıb. /azerbaycan24.com/

 

Seçilən
45
nocomment.az

1Mənbələr