AZ

Gürcüstan Prezidenti 159 məhbusu əfv edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dini Xaç suyuna salınma bayramı ilə əlaqədar olaraq 159 məhbusu əfv edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat xidməti açıqlama yayıb.

"Prezident Konstitusiyanın ona verdiyi istisna səlahiyyətlərdən istifadə edərək 159 məhbusu əfv edib", – bəyanatda qeyd olunub.

Məlumata əsasən, əfv humanizm prinsipi və dövlət maraqları əsasında həyata keçirilib.

Seçilən
144
6
bakivaxti.az

7Mənbələr