AZ

İŞİD terrorçularının azad olunması iddiaları ilə bağlı Türkiyədən açıqlama

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti son günlər Suriyada baş verən hadisələrlə bağlı yayılan yalan xəbərlərlə əlaqədar açıqlama verib.

"Unikal" xəbər verir ki, açıqlamada Suriyada baş verən prosesdə Türkiyənin dəstəyi ilə Suriya ordusu tərəfindən İŞİD terrorçularının azad edildiyi iddiasının tamamilə əsassız olduğu vurğulanır.

“Bölgədə İŞİD-ə qarşı ən güclü mübarizəni aparan və bu günə qədər bu terror təşkilatına ən böyük zərbəni vuran ölkənin Türkiyə olduğu hamıya məlumdur. İctimaiyyətin və əsrlər boyu eyni coğrafiyanı, bir çox ortaq dəyərləri paylaşdığımız dost, qardaş və qonşularımızın bu cür əsassız iddialara etibar etməməsini xüsusilə xahiş edirik” - deyə məlumatda bildirilir.

Seçilən
59
3
unikal.az

10Mənbələr