AZ

Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş etdi

"FlyDubai" aviaşirkətinə məxsus, Dubay-Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Aeroportdan "Yeni Sabah"a verilən məlumata görə, "Boeing 737" tipli təyyarə saat 00:04-də Bakıya uğurla eniş edib.

Qeyd olunub ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.


Telegram kanalımız
Seçilən
107
22
yenisabah.az

10Mənbələr