AZ

Taksi ilə bağlı daha bir tələb - Video

Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər.

"Yeni Sabah" "Xəzər TV"yə istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Sürücülər deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar.

Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir.

Bəzi sürücülər isə hələlik belə qaydanın tətbiqindən xəbəsizdirlər.

Məsələ ilə bağlı “Bolt” və “Yango” taksi şirkətlərindən bildirilib ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.


Telegram kanalımız
Seçilən
61
14
yenisabah.az

10Mənbələr