AZ

Gürcüstan Prezidenti Epifaniya bayramı münasibətilə 159 məhkumu əfv edib

Tbilisi, 20 yanvar, AZƏRTAC

Gürcüstan Prezidenti Mixeil Kavelaşviki Epifaniya bayramı münasibətilə 159 məhkumu əfv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, əfv humanizm və dövlət maraqları prinsipinə əsaslanır.

"Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilən müstəsna səlahiyyətlərdən istifadəsi humanizm və dövlət maraqları prinsiplərinə əsaslanır"-deyə, məlumatda bildirilir.

Xətai Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
174
4
azertag.az

5Mənbələr