AZ

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İngiltərə Premyer Liqası mövsümünün 22-ci turunun “Brayton” və “Bornmut” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “American Express” stadionunda (Brayton və Houv, İngiltərə) oynadılar. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.

28-ci dəqiqədə “Bornmut”un yarımmüdafiəçisi Markus Tavernye penalti ilə komandasını irəli çıxarıb. 90+1-ci dəqiqədə “Brayton”un hücumçusu Xaralampos Kostulas hesabı bərabərləşdirib.

“Bornmut” 27-ci xalını qazanıb və turnir cədvəlində 15-ci yerdədir. 30 xalla “Brayton” liqada 12-ci yerdədir.

İdman.Biz
Seçilən
31
1
idman.biz

2Mənbələr