AZ

Tusk Qəzza üzrə “Sülh Şurası”na dəvətlə bağlı mövqeyini açıqlayıb

BAKI, 20 yanvar. TELEQRAF

Polşanın baş naziri Donald Tusk prezident Karol Navrotskinin Qəzza zolağı üzrə “Sülh Şurası”na dəvət olunmasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, Donald Tusk bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Baş nazir qeyd edib ki, Polşanın hər hansı beynəlxalq qurumda iştirakı Nazirlər Şurasının razılığı və Seymin ratifikasiyasını tələb edir. Onun sözlərinə görə, hökumət bu məsələdə yalnız Polşa dövlətinin maraqlarını və təhlükəsizliyini əsas götürəcək.

Donald Tusk, həmçinin Varşavanın razılaşdırılmamış təşəbbüslərə cəlb edilməsinin yolverilməz olduğunu vurğulayıb. O bildirib ki, Polşanı kənar siyasi oyunlara cəlb etməyə imkan verilməyəcək.

Qeyd edək ki, daha əvvəl Donald Tusk jurnalistlərə açıqlamasında prezident Karol Navrotskinin onunla əlaqəni kəsməsindən və zənglərə cavab verməməsindən şikayət edib.

Seçilən
87
teleqraf.com

1Mənbələr