AZ

Kəraçidə ticarət mərkəzi yanğınında ölənlərin sayı 26-ya çatıb

Bakı. Trend:

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində “Gul Plaza”ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı26-ya çatıb.

Trend xəbər verirki, bu barədə “The Express Tribune” qəzeti xilasedicilərə istinadənməlumat yayıb.

Məlumata görə, ölənlər arasında yanğınsöndürmə xidmətininəməkdaşı da var. Hadisə yerində axtarış-xilasetmə işləri davamedir. Binanın zirzəmisi və birinci mərtəbəsində olan bir neçə otağagiriş hələ də bağlıdır və onlarla insanın dağıntılar altındaqaldığı istisna edilmir.

Xatırladaq ki, yanvarın 17-si axşam saatlarında əhalinin sıxməskunlaşdığı rayonda yerləşən ticarət kompleksinin birincimərtəbəsində yanğın baş verib. Yanğını 33 saat sonra söndürməkmümkün olub. İlkin məlumatlara görə, yanğına elektriknaqillərindəki qısaqapanma səbəb olub.

Seçilən
72
az.trend.az

1Mənbələr