Bakı. Trend:
ABŞ-nin Miçiqan ştatında 100-dən çox avtomobil zəncirvarı qəzayauğrayıb.
Trend “AssociatedPress” agentliyinə istinadən xəbər verir ki, aralarında azı 30 yükmaşınının da olduğu nəqliyyat vasitələri bir-biri ilə toqquşub vəyoldan kənara çıxıb. Qəza güclü qar yağması səbəbindən başverib.
Yerli polisin məlumatına görə, hadisə nəticəsində çox saydainsan xəsarət alıb, lakin ölən yoxdur.