Vaşinqton, 20 yanvar, AZƏRTAC
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) təyyarələri Qrenlandiyaya yollanıb və tezliklə ABŞ hərbi bazasında təlim keçəcəklər. AZƏRTAC-ın məlumatına görə, ABŞ-Kanada birgə Aerokosmik Monitorinq və Müdafiə Hərbi Təşkilatı olan NORAD-ın açıqlamasına əsasən, təlimlər iki ölkə arasında müdafiə əməkdaşlığı çərçivəsində baş tutacaq.
Bəyanatda bu addımın Danimarka ilə əlaqələndirildiyi və Qrenlandiyaya məlumat verildiyi bildirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton