AZ

OpenAI ilk cihazını 2026-cı ildə təqdim etməyi planlaşdırır

Bakı. Trend:

“ChatGPT” çatbotunu yaradan ABŞ şirkəti “OpenAI” ilk cihazını2026-cı ildə təqdim etməyi planlaşdırır.

Trend xəbər verirki, bunu şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinəaçıqlamasında bildirib.

Onun sözlərinə görə, cihazın texniki xüsusiyyətləri barədəhələlik ətraflı məlumat verilməyib. Bununla belə, Leheyn yeniqurğunun smartfondan daha səssiz olacağını və istifadəsinin dahaasan olacağını qeyd edib.

O əlavə edib ki, OpenAI bu cihazın buraxılışını 2026-cı ilinikinci yarısına planlaşdırır.

Seçilən
158
1
az.trend.az

2Mənbələr