Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.Bu barədə Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında deyilib.Bildirilib ki, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


