AZ

20 Yanvar hadisələrindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanına ziyarəti başlayıb.


 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridilib.


Ağır hərbi texnika və müxtəlif tipli silahlardan istifadə edilməklə dinc əhaliyə atəş açılıb, nəticədə kütləvi qırğın törədilib. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər öldürülüb, 20 nəfər ölümcül yaralanıb. Fövqəladə vəziyyət tətbiq edildikdən sonra isə Bakı şəhərində daha 21 nəfər həyatını itirib.


Bundan əlavə, fövqəladə vəziyyətin elan edilmədiyi rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Ümumilikdə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 147 nəfər həlak olub, 744 nəfər yaralanıb.
Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili tibbi yardım işçiləri və milis əməkdaşları da olub.
Azərbaycanda 20 Yanvar hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur və faciə qurbanlarının xatirəsi dövlət səviyyəsində anılır.

 

Seçilən
57
5
anews.az

10Mənbələr