AZ

Yeni baş məşqçinin istədiyi müdafiəçi ilə müqavilə bağlamaqdan boyun qaçırdılar

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenko məyus olub.

O, "Jenis”dən yaxşı tanıdığı Matiya Romu Azərbaycana gətirmək istəsə də, rəhbərlikdən müsbət cavb almayıb.

Premyer Liqanın bürünc medalçısının yönətimi ukraynalı mütəxəssisə bu keçid üçün əlavə büdcə ayırmaqdan imtina edib.

49 yaşlı çalışdırıcının nəzərinə çatdırılıb ki, sponsorlar tərəfindən kluba ayrılan bütün vəsait xərclənib və bu məsələyə qayıtmaq artıq qeyri-mümkündür.

Sloveniyalı müdafiəçinin agenti Adriyan Mlinar onun Azərbaycandakı mümkün çıxışı barədə bunu deyib:

"Jenis"ə qayıtmayacaq. Yəqin ki, Azərbaycandakı klublardan biri ilə razılığa gələcəyik.

Hansı klubla? Bunu təxmin etmək asandır.

"Qarabağ", yoxsa "Neftçi"? Xeyr, təəssüf ki, heç biri. Amma təxmin etmək asandır”.

Sloveniyanın U-21 yığmasının sabiq üzvü olan sağ cinah müdafiəçisi “Domjale”, “İnter”(Zapreşiçe), “Kolos”, “Şibenik” və “Telavi”də də oynayıb.

Demçenko yanvarın 5-dən “Araz“ın sükanı arxasındadır. Komandaya dair araşdırma aparan baş məşqçi çatışmazlıqları müəyyənləşdirib.

Onu ən çox müdafiə xəttindəki problemlər qayğılandırır. Bu üzdən çalışdırdığı Qazaxıstan klubundan balkanlı legioneri yenidən öz sərəncamında görmək istəyib.

SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr