AZ

Çin avtomobilləri Polşa hərbi obyektlərindən kənarlaşdırılır Pekin etiraz edir!

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Polşa, Çin istehsalı olan nəqliyyat vasitələrinin (xüsusilə "ağıllı" elektrik avtomobillərin) hərbi obyektlərə daxil olmasına və yaxın ərazilərdə park edilməsinə qadağa qoymağı planlaşdırır.

"AzPolitika" xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi və ordunun rəsmi mənbələri açıqlama verib.

Müdafiə Nazirliyinin məlumatına görə, Polşa Ordusunun Baş Qərargah rəisi general Vyeslav Kukula bu məsələ ilə bağlı xüsusi əmr hazırlayır. Qadağa yalnız Çin markalı avtomobillərə deyil, həmçinin görüntü və səs qeyd edə bilən sistemlərə malik bəzi digər markalara, o cümlədən Tesla-ya da şamil olunur.

Əlavə olaraq, rəsmi mobil telefonların və digər cihazların bu tip nəqliyyat vasitələrindəki sistemlərə qoşulması da qadağan ediləcək. Qərarın əsas səbəbi milli təhlükəsizlik riskləridir – müasir avtomobillərin topladığı məlumatların (kameralar, sensorlar vasitəsilə) xarici kəşfiyyat xidmətlərinə ötürülmə ehtimalı.

Qeyd edək ki, qərar hərbi bazaların komendantlarının səlahiyyətində olacaq və bu, Polşada Çin avtomobillərinin bazar payının sürətlə artması fonunda aktuallaşır. Oxşar məhdudiyyətlər əvvəllər ABŞ-ın Pentaqonu tərəfindən də tətbiq olunmuşdu.

Çin Xarici İşlər Nazirliyi isə bu addımı "milli təhlükəsizlik konsepsiyasının həddindən artıq geniş şəkildə istifadəsi" kimi tənqid edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr