AZ

Deputat: Şəhidlərin qanı yerdə qalmadı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı şanlı Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin narahat ruhları şad olub. Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, 20 yanvarda Azərbaycanda törədilmiş qatı cinayət Azərbaycan xalqının Qarabağ yolunda apardığı mübarizədə onun əzmini qırmağa hesablanmışdı:“Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə zərbə vurmaq, onun pozulması üçün zəmin yaratmaq məqsədi daşıyırdı. Azərbaycan xalqını Qarabağdan imtina etməyə məcbur etmək, eyni zamanda ölkənin müstəqilliyinə qarşı çıxmaq niyyəti ilə planlaşdırılmışdı. Məhz buna görə Sovet imperiyası xalqımıza qarşı belə ağır cinayət törətmişdi. Həmin dövrdə bir tərəfdən torpaqlarımız işğala məruz qalırdı, digər tərəfdən isə Qarabağda və Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar sıxışdırılır, öz doğma yurd-yuvalarından qovulurdular. Azərbaycan xalqı isə bütün bunlara qarşı qətiyyətlə mübarizə aparırdı. Şübhəsiz ki, baş verənlər böyük bir cinayət idi. Sovet imperiyası və ermənipərəst mərkəzlər düşünürdülər ki, bu faciə ilə Azərbaycan xalqının mübarizə əzmini qıra biləcəklər və Qarabağa asanlıqla sahib olacaqlar. Lakin bu baş vermədi”.Deputat bildirib ki, çünki 20 Yanvar şəhidlərinin idealları Azərbaycan xalqı tərəfindən daim qəlbində yaşadıldı:“Azərbaycan dövləti bu idealların reallaşması üçün əlindən gələni etdi. Güclü ordu qurdu, güclü və müstəqil dövlət formalaşdırdı və nəhayət, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində 20 Yanvar şəhidlərinin arzularını gerçəkləşdirdi. Qarabağ işğaldan azad edildi. Bu qələbə böyük və tarixi olsa da, hələ tam yekun qələbə deyildi. Çünki Qarabağda qalan erməni silahlı birləşmələri Azərbaycana qarşı terror fəaliyyətlərini davam etdirir, mərkəzi hakimiyyəti zəiflətməyə və yenidən işğalçılıq siyasətini həyata keçirməyə cəhd göstərirdilər. Məhz buna görə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı ilə qəti və tam qələbə əldə olundu. Müzəffər ordumuz sonuncu erməni silahlı dəstələrinin də Azərbaycan ərazisini tərk etməsini təmin etdi. Beləliklə, nəhayət, şəhidlərimizin ruhu şad oldu. 20 Yanvarda və ondan sonrakı dövrlərdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan dövləti öz əbədi qələbəsi ilə şəhidlərimizin əziz xatirəsinə möhtəşəm bir tarixi abidə ucaltdı”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
demokrat.az

1Mənbələr