AZ

Bu məşhurun fanatı onun məzarı yaxınlığında ölü tapıldı

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Sankt-Peterburqdakı Boqoslovskoye qəbiristanlığında “Kino” qrupunun solisti Viktor Tsoyun dəfn olunduğu yeri ziyarət edən 47 yaşlı qadının cəsədi tapılıb.

Ölkə.az xəbər verir ki, bu barədə "Fontanka" məlumat yayıb.

Bildirilir ki, faciə yanvarın 18-də axşam baş verib və yanvarın 19-da məlum olub.

Məlumata görə, mərhum musiqiçinin pərəstişkarı olan qadın qəbiristanlığa digər iki nəfərlə birlikdə gəlib. Həmin iki şəxs polis bölməsinə aparılıb.

İlkin məlumatlara əsasən, qadının ölümünə spirtli içkidən zəhərlənmə səbəb olub. Yekun nəticələr araşdırmadan sonra açıqlanacaq.(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
2
olke.az

3Mənbələr