AZ

Xameneini hədələdilər - “Tehranı fəth edib, səni cəzalandıracağıq”

BAKI, 20 yanvar. TELEQRAF

“Qələbəyədək mübarizəni davam etdirmək təkcə milli vəzifə deyil, həm də azadlıq yolunda canını qurban verənlərin pak qanı ilə bağlanmış əhddir”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi xalqa müraciətində deyib.

“İranın ən yaxşı övladlarını itirməyin kədəri ağırdır. Amma biz bu kədəri şüurlu qəzəb və Xamenei ilə onun bütün daxili və xarici əlaltılarına qarşı sarsılmaz iradəyə çevirəcəyik. Siz tək deyilsiniz. Sizin müqavimətiniz tarixi dəyişib. Siz azadlığın ön cəbhəsindəsiniz. Biz isə bu rejimin sonuna hər zamankından daha yaxınıq. Bu rejim çat verib, gücü aşınıb, süqutu başlayıb.

Özünüzə - birlik, cəsarət və böyüklüyünüzə inanın. Bu rejim siz və gücünüzdən qorxur. Kədərimizin ümidsizliyə çevrilməsinə imkan verməyəcəyik. Bu rejim artıq oyanmış və ayağa qalxmış xalqımızı susdura bilməz, qorxunu İrana hakim edə bilməz.

Həmvətənlərim, hazır olun. Küçələrə qayıdış anı gələcək - daha geniş, daha güclü, daha qətiyyətli şəkildə, Tehranın fəthi və İranı geri almaq üçün”, - o bildirib.

Rza Pəhləvi qeyd edib ki, İranın Ali rəhbəri Əli Xameneini əbədi rüsvayçılıq gözləyir. O, ölkə liderini “İranı işğal etmiş rejimin rəhbəri” və “cinayətkar” adlandırıb.

“Xameneinin əlləri on minlərlə günahsız iranlının qanına batıb, o, bütün muzdluları ilə birlikdə tökülən qanlara görə cavab verməlidir. Biz nə bağışlayırıq, nə unuduruq, nə də geri çəkilirik. Nasist cinayətkarların Nürnberqdə mühakimə olunub cəzalandırıldığı kimi, sən və sənin əlaltıların da İran xalqının məhkəməsində mühakimə olunacaq və cəzalandırılacaqsınız. Heç bir cinayət cavabsız qalmayacaq. Sən və əlaltılarının qaçış yolu yoxdur, gizlənəcək yeriniz və toxunulmaz deyilsiniz”, - Pəhləvi Xameneiyə xitabla vurğulayıb.

Seçilən
70
2
teleqraf.com

3Mənbələr