Bakı. Trend:
Bu gün xalqımıza qarşı törədilən ən böyük cinayətlərdənbiri olan 20 yanvar hadisələrinin 36-cı ili tamam olur. 1990-cı ilyanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda vərespublikamızın digər bölgələrində törətdiyi bu cinayət tariximizəyalnız faciə kimi deyil, həm də xalqımızın milli azadlıqmübarizəsinin qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Bu faciəxalqımızı yumruq kimi birləşdirdi və göstərdi ki, müstəqillikuğrunda mübarizənin qarşısını heç bir qüvvə alabilməz.
147 nəfərin qətlə yetirilməsi, 744 nəfərin yaralanması ilənəticələnən bu cinayət birbaşa sovet dövlətinin rəhbərliyiningöstərişi ilə törədilmişdi. Həmin vaxt Sov.İKP Mərkəzi Komitəsininbaş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi,Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunhissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna gətirilmişdilər.Dinc əhaliyə qarşı hərbi əməliyyata isə SSRİ müdafiə naziri DmitriYazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrininmüavini Filipp Bobkov həyata keçirmişdilər.
Təəssüflə qeyd edilməlidir ki, 20 yanvar faciəsinin başverməsində Azərbaycanın o zamankı rəhbərliyinin də mütiliyi və kölətəfəkküründə olması mühüm rol oynamışdı. Bu hadisə Azərbaycanılərzəyə gətirməsinə, ictimaiyyətdə doğurduğu qəzəbə və əhalinintəkidli tələblərinə baxmayaraq, vətənpərvərlik hisslərindən məhrumolan yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutlakeçməyə üstünlük verdilər, laqeyd münasibətlərini ortaya qoyaraqKremlin qəzəbinə tuş gəlmək istəmədilər və buna görə SSRİrəhbərliyinə heç bir etiraz bildirilmədi. Faciədən sonra o zamankıAzərbaycana başçılıq edən Ə.Vəzirov vəziyyətdən çıxış yolunu ölkənitərk etməkdə gördü. 1990-cı il yanvar ayının 22-də çağırılanAzərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıqqoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davametdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olankomissiyasının da işi başa çatdırılmamış qaldı.
Həmin vaxt 20 yanvar faciəsi ilə bağlı ilk olaraq sərt etirazınıbildirən xalqımızın dahi oğlu Heydər Əliyev oldu. Faciənin ertəsigünü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinəgələn Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, buhadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirdivə o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermişsiyasi səhv olduğunu bəyan etdi. Vətəndaş qeyrəti və həqiqivətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə məhz Heydər Əliyevhəm də xalqımızın haqq səsini dünyaya çatdırdı. Bu bəyanat dünyaazərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadəetdi.
Azərbaycanın o zamankı rəhbərliyi 20 yanvar faciəsi ilə bağlısusduğu üçün hadisələrə rəsmi şəkildə heç bir siyasi-hüquqi qiymətverilmədi. Yalnız Heydər Əliyevin təşəbbüsləri ilə 1990-cı ilnoyabrın 21-də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının AliMəclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərarqəbul edildi. Heydər Əliyevin qətiyyətinin və vətənpərvərliyinintəcəssümü olan bu qərar həm də Ulu Öndərin hələ sovet dövlətininmövcud olduğu bir şəraitdə heç nədən çəkinməyərək, öz xalqınınmilli haqqını qoruduğunu nümayiş etdirən tarixi siyasi aktdır.
Naxçıvanda qəbul edilən qərarda həmçinin respublika səviyyəsində20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi tələbolunurdu. Lakin sovet dövründə Azərbaycana rəhbərlik edənlər beləbir qərarın qəbul olunması üçün özlərində cəsarət tapa bilmədilər.Təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərindərespublikamızda iqtidarda olanlar da 20 yanvar faciəsinin üzərindənsükutla keçdilər. Hətta 20 Yanvar hadisələrinə siyasi qiymətverilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC-də hakimiyyətəgəldikdən sonra bu mövzunu unutdu. Bu siyasi qaragüruh hakimiyyətdəolduğu dövrdə faciəyə hüquqi qiymət vermək üçün öz imkanlarındanistifadə etmədi. Bu fakt xalqın mübarizəsini özünün siyasiniyyətləri üçün alətə çevirən AXC-nin başında duranların iç üzününümayiş etdirdi.
20 yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqiqiymətin verilməsinə yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildəsiyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin 20Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü ilyanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tamsiyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızınmüstəqillik yolunda mübarizəsinin dolğun mənzərəsini əks etdirməliidi. Beləliklə, 1994-cü ilin mart ayının 29-da Milli Məclistərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəlihadisələr haqqında” qərar qəbul olundu. Qərarda deyilir:
“Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq,demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxanxalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və beləbir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücününümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet SilahlıQüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonunayeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrəçıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycanxalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüzvə cinayət kimi qiymətləndirilsin”.
Beləliklə, 20 Yanvar hadisələri məhz Heydər Əliyevin sayəsindərespublika səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Respublikamızda 20 Yanvar şəhidlərinin xatirəsininəbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısınıngöstərilməsi hər zaman diqqət mərkəzindədir. Məhz Heydər Əliyevintəşəbbüsü ilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksiyaradılıb. Ulu Öndər tərəfindən 1998-ci il martın 31-də “20 YanvarŞəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalanıb.Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli fərmanı ilə 1990-cıilin yanvarında şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi”fəxri adı verilib.
Bütün sahələrdə Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttilayiqincə davam etdirən Prezident İlham Əliyev də 20 yanvarşəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosialməsələlərinin həllinə xüsusi diqqət ayırır. Paytaxtımızda vüsətalan abadlıq işlərinə paralel olaraq Şəhidlər Xiyabanındada əsaslı təmir və yenidənqurma işləri aparılıb, Bakıdakı “20Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksiucaldılıb.
Habelə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvarhadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələriüçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının“20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan RespublikasıPrezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə təqaüd verilir.2025-ci ildə icra olunan növbəti sosial islahat paketi çərçivəsindədə 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün Prezidentin aylıqtəqaüdü 700 manata çatdırılıb. O cümlədən, 20 Yanvar hadisələri iləəlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü,əlilliyi olan şəxslər üçün müavinət və əlilliyi olan şəxslərəqulluğa görə Prezidentin aylıq təqaüdü də artırılıb. İndiyədək, 20Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil,100-dək avtomobil təqdim edilib.
36 il əvvəl törədilən 20 Yanvar faciəsi bütün dünyayaAzərbaycan xalqının sarsılmaz ruhunu, milli mübarizə əzmini nümayişetdirdi. Artıq həm 1990-cı ilin yanvarında, Birinci və İkinciQarabağ savaşlarında şəhid olan bütün oğul və qızlarımızın ruhurahatdır. Çünki Azərbaycan dövləti şəhidlərimizin uğrundacanlarından keçdikləri bütün məqsədlərinə nail olub. MüstəqilAzərbaycan artıq ərazi bütövlüyünü də bərpa edərək tarixinin ənqüdrətli dövləti səviyyəsinə yüksəlib.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı