Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edirlər.
“Yeni Sabah” xəbər verir ki, Baş nazirin müavinləri Şahin Mustafayev və Samir Şərifov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, səhiyyə naziri Teymur Musayev, deputatlar və digər rəsmilər bu gün səhər saatlarında Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rəsmilər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Nazim Hacıyev
Fotolar: Aydan Hacı
Telegram kanalımız