ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Qrenlandiya mövzusunda telefon danışığı apardığını açıqlayıb.
Editor.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O, NATO-nun Baş katibi Mark Rutte ilə əlaqə saxladığını və Qrenlandiya məsələsini müzakirə etdiklərini bildirib.
ABŞ Prezidenti paylaşımında, “NATO-nun Baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çox yaxşı telefon danışığı apardım”, – deyə qeyd edib.
//Gülnarə Abasova, Editor.az