"Mançester Siti" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhənginin rəsmi saytı müdafiəçi Mark Qexinin keçidinin tamamlandığını elan edib.
25 yaşlı futbolçu "Kristal Palas"dan transfer olunub. Qexi "Mançester Siti" ilə 2031-ci ilin ortalarına qədər müddətə müqavilə imzalayıb.
Növbəti matçını bu gün - yanvarın 20-də keçirəcək "şəhərlilər" Qexini Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində "Budyo Qlimt"ə qarşı oynada bilməyəcək. Çünki oyunçuların əlavə müraciət müddəti yalnız pley-offdan əvvəl açıq olacaq.
Mark Qexi "Mançester Siti"nin qış fasiləsindəki ikinci transferi olub. Klub daha əvvəl cinah oyunçusu Antoine Semeno ilə müqavilə bağlamışdı.