AZ

Hadisə günü metro səhərədək işləməsəydi itkilərimiz dəfələrlə çox olardı - Hadisə şahidi metro işçisi

Bakı.Trend:

1989-cu ildən “Bakı Metropoliteni”ndə tunel fəhləsi olaraqçalışmağa başlamışam. Həmin vaxtlarda həm tələbə idim, həm də Bakımetrosunda çalışırdım.

Trend xəbərverir ki, bu fikirləri “Bakı Metropoliteni”ndə tunel ustası MəftunAbbasov 20 Yanvar Hüzn Günü ilə bağlı Bakı Metropolitenindəkeçirilən anım tədbiri çərçivəsində Trend-ə açıqlamasındadeyib.

O bildirib ki, yanvarın 19-u axşam 12-yə qalmışdan atışmasəsləri eşidilməyə başlayıb:

“Həmin günün ən ağıryüklü stansiyaları “20 yanvar”, “Koroğlu”,“İçərişəhər” olub. Hadisə günü 2 metropoliten işçisi həlakolub”.

M.Abbasov qeyd edib ki, atışma başlayan vaxt xüsusi ayrılmışavtobuslarla “Salyanski kazarma” ərazisinə əhaliyə kömək üçüngediblər:

“Çatanda gördük ki, təcili yardım maşınını vurublar. Saat 23:55radələrində “Salyanski kazarma”nın qapısı açıldı və xeyli iriçaplıhərbi maşınlardan əhaliyə atəş açılmağa başladı. Keçmiş “QızılOrdu” 20 Yanvar istiqamətinə doğru irəliləyirdi. Hadisələr başverəndə hələ 20 yaşım tamam olmamışdı. Əhali təşviş içindəydi vəonlara bildirdim ki, metro səhərə kimi işləyəcək. Bakı metrosuhəmin gün sanki təcili yardım rolunu oynadı. Əgər metro səhərədəkişləməsəydi itkilərimiz dəfələrlə çox olardı”.

Məqalədə:
Seçilən
92
2
az.trend.az

3Mənbələr