AZ

Qazaxda qar evin talvarını çökdürdü: "Chevrolet"lər yararsız hala düşdü - FOTOlar

Qazax rayonunda yağan intensiv qar bir sıra problemlərə səbəb olub.

Milli.Az-nın məlumatına görə, hadisə Abbasbəyli kəndində baş verib. Gecə saatlarından başlayan güclü qar yağışı kənd sakinlərindən birinə məxsus evin talvarının uçmasına gətirib çıxarıb.

Hadisə nəticəsində talvarın altında qalan "Chevrolet Malibu" və "Chevrolet Cruze" markalı avtomobillər ciddi zərər görərək yararsız hala düşüb.

Qeyd edək ki, hazırda ərazidə qar yağışı davam edir. 

Asya
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
1
milli.az

2Mənbələr