AZ

Pəhləvi: “İrana həlledici zərbə endirilməlidir”

AzVision.az xəbər verir ki, İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Fox News” telekanalına müsahibəsində belə deyib.

İranda rejim dəyişikliyinin bütün Yaxın Şərqin simasını kökündən dəyişdirə biləcəyini vurğulayan vəliəhd şahzadənin iddiasına görə, ABŞ prezidenti Donald Trampın etirazçılara dəstək vədi insanlar üçün ümidverici bir siqnaldır.

“Çoxları mümkün müharibədən danışsa da, birinci və əsas müharibə artıq gedir - İslam rejiminin öz xalqına qarşı müharibəsi. Dinc və silahsız vətəndaşlar bu qaydaya son qoymaq istədiklərini açıq şəkildə bəyan ediblər, hakimiyyətin cavabı isə kütləvi qətllər və amansız repressiya oldu”,- Rza Pəhləvi bildirib.

Pəhləvi İranın dövlət telekanallarında görünüb | VİDEO
İranda hakimiyyətə gəlmək iddiasında olan şahzadə müsahibədə həmçinin çarəsiz qalan teokratik rejimin,repressiya üçün öz resurslarının tükənməsi səbəbindən, ölkədə etirazları yatırmaq üçün Livan, Əfqanıstan və İraqdan qüvvələr gətirməyə məcbur olduğunu söyləyib.

Nümayişçilərə dəstək məqsədilə ABŞ-nin İrandakıhədəflərə mümkün zərbə endirməsinə münasibət bildirən Rza Pəhləvi deyib ki, küçələrə çıxan insanların nöqteyi-nəzərindən dövlətin zorakılıq mexanizminin bütün elementləri vurulmalıdır. Onun sözlərinə götə, söhbət ilk növbədə, SEPAH-dan və rejimin digər təhlükəsizlik strukturlarındangedir.

Xatırladaq ki, bundan əvvəl kiberhücum nəticəsində İranın bir neçə dövlət telekanallarında görünən Rza Pəhləvi ordunu mövcud hakimiyyətə qarşı kütləvi etirazlara dəstək verməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
32
1
azvision.az

2Mənbələr