AZ

Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları LƏĞV EDİLİR – Bu ifadələrlə əvəz olunacaq

Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad" anlayışları çıxarılacaq və "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" ifadələri ilə əvəz olunacaq.

Bizim.Media xəbər veirr ki, Polşa Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazir Kşiştof Qavkovski artıq müvafiq əmri imzalayıb.

Nazirlik izah edib ki, islahatdan sonra ər-arvad rəsmi sənədlərdə cinsinə istinad edilmədən siyahıya alınacaq. Qeyd edilib ki, bu dəyişikliklər xaricdə evlənən, o cümlədən Polşada eyni cinsli cütlüklərə nikah şəhadətnamələrinin verilməsini təmin etmək üçün zəruridir.

Dəyişikliklər nikah şəhadətnamələri də daxil olmaqla, vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərə təsir edəcək.

Qeyd olunur ki, Polşa milli qanunvericiliyi hələ də ölkə daxilində eyni cinsli nikahların qeydiyyatını təmin etmir. Bununla belə, hakimiyyət orqanları Avropa məhkəmələrinin qərarlarını nəzərə almağa borcludurlar.

Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Aİ Ədalət Məhkəməsi Polşaya digər Avropa İttifaqı ölkələrində bağlanmış eyni cinsli nikahları tanımağı əmr edib. Qərarda bildirilirdi ki, bu cür birlikləri tanımaqdan imtina etmək Avropa qanunvericiliyinə ziddir.

Bizim.Media

Seçilən
24
bizim.media

1Mənbələr