AZ

Ronaldo 50 yaşa qədər oynayacaq: Tanrım, mən DÇ-ni qazanmalıyam

Braziliya ilə Dünya Kubokunun qalibi və Ronaldonun “Mançester Yunayted”də keçmiş komanda yoldaşı Kleberson qeyd etdi ki, 40 yaşlı portuqaliyalı Dünya Kubokunu qazanmadan təqaüdə çıxmaq istəmir.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldonun qarşıdan gələn 2026-cı il dünya çempionatında Portuqaliya yığmasının kapitanı olacağı gözlənilir.

“Kriştiano, yəqin ki, daxilində düşünür: "Aman Tanrım, mən Dünya Kubokunu qazanmalıyam, karyeramı belə bitirə bilmərəm".

Onun çox çalışması lazımdır. Və bu təkcə o deyil. Neymar da yəqin ki, “Messinin dünya çempionluğu var, məndə yox” deyə düşünür. Bunlar ən yaxşı futbolçulara nüfuz edən fikirlərdir.

Seçilən
98
publika.az

1Mənbələr