“Fənərbaxça” “Əl-İttihad”ın futbolçusu NGolo Kanteni transfer etmək üçün səylərini davam etdirir. Metbuat.az xəbər verir ki, “Əl-İttihad” futbolçunu mövsümün sonuna qədər klubda saxlamaq istəyir. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, futbolçunun “Əl-İttihad”la müqaviləsi mövsümün sonunda yekunlaşır. Klub futbolçuya 28 milyon avro maaş və 4 milyon avro bonus təklif etsə də, rədd cavabı alıb. Bildirilir ki, Kante “Fənərbaxça” klubuna transfer olmaq istəyir. İddialara görə, o, “Fənərbaxça”nın illik 8 milyon avro maaş və 2,5 illik müqavilə təklifini qəbul edib. Bildirilir ki, “Əl-İttihad” futbolçu üçün 15 milyon avro transfer məbləği tələb edir.